Şimali Koreyanın hökumət təyyarəsi Rusiyanın şəhəri Vladivostokda eniş etməyib.
7news.Az xəbər verir ki, bununla bağlı "RİA Novosti” agentliyinə Vladivostok aeroportunun nümayəndəsi məlumat verib.
Bundan əvvəl "Renxap” agentliyi KXDR lideri Kim Çen In və digər yüksək vəzifəli nümayəndələrin olduğu təyyarənin Vladivostoka gəldiyini, 3 saatdan sonra laynerin Pxenyana qayıtdığını açıqlamışdı.
"Məlum olub ki, KXDR təyyarəsi Vladivostokda eniş etməyib. Yayılan informasiya həqiqətə uyğun deyil.
Dünən ancaq Pxenyandan uçan R885 təyyarəsi Vladivostokda eniş edib. Bundan başqa, təyyarə qəbul etməmişik”, - aeroport nümayəndəsi bildirib.
7news.Az








