RU
Kim Çen In “xalq düşmənləri”ni əfv edəcək
16:40
498

Kim Çen In “xalq düşmənləri”ni əfv edəcək

Bu ilin avqustunda Şimali Koreyada amnistiya gözlənilir. 

7news.Az xəbər verir ki, bununla bağlı Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. 

Amnistiya sentyabrın 9-da qeyd olunacaq ölkənin yaradılmasının 70 illiyinə həsr olunub. 

Amnistiya ölkəyə və xalqa qarşı cinayət törədən şəxslərə aid ediləcək və avqustun 1-də başlayacaq. 

Sonuncu dəfə KXDR 3 il əvvəl amnistiya keçirib. O zaman bu, Koreya yarımadasının Yaponiyanın müstəmləkəçiliyindən azad olunmasının 70 illiyi münasibəti ilə təşkil olunub.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ