RU
Kim Çen Inın səhhəti pisləşdi - ABŞ məlumatları yoxlayır
11:47
242

Kim Çen Inın səhhəti pisləşdi - ABŞ məlumatları yoxlayır

ABŞ hakimiyyəti Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın səhhətinin pisləşməsi ilə bağlı kəşfiyyat məlumatlarını yoxlayır.

Bu barədə CNN məlumat yayıb.

Telekanal qeyd edir ki, ABŞ Kim Çen Inın həyatı üçün əməliyyatdan sonra ciddi təhlükənin olması barədə informasiyanı nəzərdən keçirir.

Öz növbəsində, Cənubi Koreyanın "Daily NK” nəşri də mənbələrinə istinadən bildirib ki, Kim Çen In ürək-damar sistemi ilə bağlı əməliyyatdan sonra müalicə kursu keçir.  

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ