Şimali Koreya prezidenti Kim Çen sağlamlıq problemi ilə üzləşib. Hazırda ölkə başçısının vəziyyəti olduqca ağırdır.
7News.Az xəbər verir ki, bu barədə məlumat ABŞ kəşfiyyatında çalışan bir şəxs tərəfindən CNN-ə verilib. Adını açıqlamayan digər ABŞ rəsmisi isə 36 yaşlı liderin sağlamlıq problemi olduğunu ,lakin vəziyyətinin ağır olub-olmadığı barədə dəqiq məlumata sahib olmadığını söyləyib.
Qeyd edək ki, bunlarla yanaşı Cənubi Koreya rəsmisi də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Kim Çen ürək-damar əməliyyatı olub,lakin vəziyyəti ağır deyil.
Xatırladaq ki, Kim Çen aprelin 15-i ölkənin qurucusu olan babasının doğum günü ilə bağlı təşkil edilən tədbirə qatılması bir anda beynəlxalq ictimaiyyətin gündəminə çevrilmişdi.








