RU
`Kim pis işləyirsə, onun adını çəkin` - Siyavuş Novruzov
14:16
508

`Kim pis işləyirsə, onun adını çəkin` - Siyavuş Novruzov

"Biz büdcənin təqdimatının yeni formasına keçməliyik. Hərə öz təqdimatını qısa şəkildə aparmalıdır”.

 Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Parlamentdə büdcə müzakirələri zamanı deyib. 


Millət vəkili bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm pensiyaların hesablanması, həm də ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirilib: "Əvvəllər sosial ünvanlı yarıdm alanlarla bağlı siyahı ortaya çıxmırdı, lakin bu məsələlərin eleketronlaşması istənilən şəxsə bu siyahını əldə etmək imkanı yaradıb. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik və bütün sahələrdən fərqli olaraq sosial sahədə artımlar göz qabağındadır. Hər birimiz əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni mənzillərin tikilməsinin şahidiyik”

Daha sonra S.Novruzov millət vəkili Qüdrət Həsənquliyevin tənqid və təkliflə bağlı fikirlərinə münasibəti bildirib. Onun sözlərinə görə tənqidin və təklifin fəlsəfəsinə baxsaq görərik ki, müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir: "Çünki iqtidar hökumətin nümayəndəsidir, ona dəstəkdir. Amma tənqidin forması olmalıdır. Məsələn, höküməti tənqid edirsiniz, lakin burada əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovu müdafə edirsiniz. Nəzərə alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür. Bu baxımdan tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi. Belə olan halda, hər kəs düşünür ki, bu tənqidin ona aiddiyatı yoxdur və yaxud bəzi həmkarlarımız çıxanda hökumət üzvlərinə bildirir ki, mən səni nəzərdə tutmurdum. Ona görə də konktret şəxs tənqid edilməlidir ki, işindən nəticə çıxarsın. Hökumətin həm yaxşı, həm də pis işləyən üzvü var. Pis işləyən üzvün adını çəkin və münasibətlərinizi də o cür qurun”.//azvision

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ