RU
17:10
1315

"Kimə nə mənim alt paltarımdan? Sinəm ehtiraslıdırsa, mənim problemim deyil" - FOTO

Kanadada qəribə olay yaşanıb.

7News.Az The Sun-a istinadla xəbər verir ki, ofisant işləyən qız işdə ondan büsqalter geyinməyi tələb edən müdirini məhkəməyə verib.

25 yaşlı Kristina Skell (Christina Schell) şikayət ərizəsində bildirib ki, "seksual" geyindiyinə görə işdən qovulub.

"3 həftə əvvəl Osoyoos Golf Club-da işə başlamışdım. Səhhətim və rahatlığımla əlaqədar olaraq illərdir büsqalter taxmıram. Bu, əvvəllər mənim üçün problem yaratmayıb. Lakin müştərilərin şikayətindən sonra müdir yeni "dress-code" (geyim forması) müəyyənləşdirib. Yeni qaydalara əsasən, qadın müştərilər mütləq şəkildə büsqalter geyinməlidirlər. Mən də bu qaydaya tabe olmadığıma görə işdən çıxarıldım.

 

Məncə, bu, dəxilsiz qərardır. Kimə nə mənim alt paltarımdan? Mənim sinəm kimisə ehtiraslandırırsa, bu, mənim problemim deyil".

Məhkəmə prosesi davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ