"İran üçün ABŞ-da keçiriləcək prezident seçkilərində Hillari Klinton və ya Donald Trampın qalib olacağı elə də əhəmiyyətli deyil.
7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu çıxışı zamanı İran prezidenti Həsən Ruhani bildirib.
"Biz yalnız ABŞ-da deyil, bütün dünyada seçkiləri izləyirik”, - deyə Ruhani Nyu-Yorkda keçirilən mətbuat konfransında qeyd edib.
"Bizim üçün ABŞ-da kimin seçiləcəyi, hansı partiyanın qalib olacağı önəmli deyil. Milli maraqlarımız bizim üçün hər şeydən önəmlidir”, - Ruhani vurğulayıb.








