RU
“Kimsən axı sən?!” – Deputatdan sərt sözlər...
16:10
350

“Kimsən axı sən?!” – Deputatdan sərt sözlər...


"Əli Kərimli adında anti-milli ünsür yenə özünə əl qatıb ki, hakimiyyət məni sıradan çıxarmaq istəyir. Və əsaslandırması da yoxdur. Sadəcə deyinir, gileylənir, qiybət edir, ittiham edir, hücum edir, isterik hərəkətlər edir. Hərgah, adama soran lazım: Sən guya sıradamı idin ki, səni həmin sıradan çıxarsınlar? Kimsən axı sən?  Kimə lazımsan axı sən? Niyə özünü bu qədər vacib fiqur kimi göstərmək istəyirsən? 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Radikal müxalifətdəkilərin biri beşinə dəyməz, beşi birinə. Amma danışanda elə danışırlar, sanki əhəmiyyətli, sosial dayağı, elektoratı olan siyasətçi-filandırlar.

Siz heç kimsiz. Siz kimsənin marağında, hədəfində deyilsiz. Siz o qədər mənasız, o qədər adisiz ki, hakimiyyətdəkilərin nəinki fikrinə, heç yuxusuna da girməzsiz.”– deyə Partiya sədri fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ