RU
“Kimsən axı sən?” - Elşən Musayevdən Zatulinə sərt cavab!!!
19:34
34

“Kimsən axı sən?” - Elşən Musayevdən Zatulinə sərt cavab!!!

"Bu nanəcibin, katalizatorun söylədiyi fikirlər, haqqında "ağıllı - ağıllı”, müdrikyanə görkəm alaraq danışdığı bəzi məqamlar tamamilə absurd xarakter daşıyır və onun bəsit, cəfəng təxəyyülünün məhsuludur.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Rusiya Dumasının üzvü Konstantin Zatulinin "Moskovskıy Komsomolets” nəşrində dərc etdirdiyi yazıya münasibət bildirərkən söyləyib.

Zatulin! Bu ad sizə, bizə, hər kəsə nəsə deyirmi? Əlbət, deyir!

Söhbət o kəsdən gedir ki, daim və DAİM(!) qalmaqallarla yadda qalıb, sülh düşməni kimi tanınıb və qızışdırıcı, aravurucu, su bulandırıcı məxluq kimi diqqət çəkib!

Və indi də həmin avantürist, həmin minsifət, həmin qaraguruhçu növbəti həmləsini edir, Putinlə Paşinyanın ən son görüşündə yaşanan hadisələrin, aparılan müzakirələrin əsas məğzini tamamən yanlış, provokativ istiqamətə yönləndirir və hələ bu da azmış kimi, öz yalanlarını, iftiralarını saxta dekorlarla, şifrəli metaforalarla bəzəməyə, möhkəmləndirməyə, əsaslandırmağa çalışır.

Zatulinin sözündən sanki belə çıxır ki, Azərbaycanla Ermənistan əlbir, tərəfdaş olaraq, planlar cızaraq Rusiyanın strategiyasına qarşı gediblər.

Hərgah, bu bəsirət karının (həm də korunun!) qulağına kimsə pıçıldamalı və həqiqətləri gecindən də olsa anlatmalıdır. Ki, Azərbaycan da, Ermənistan da suveren dövlətdir və onlar kimsənin məsləhətinə ehtiyac duymurlar!

İkincisi, beynəlxalq hüquq deyə bir şey var. Olsun, kağız üstdə. Amma var! Və məlum varlığı bu qədər heçə saymaq, başqa dövlətlərin işinə bu şəkildə qarışmaq (oxu: burun soxmaq!) kimsəyə başucalığı gətirməz!

Və nəhayət. Cənab Zatulin!

Demirsənmi, düşünmürsənmi ki, bir gün dönüb sual verərlər: Kimsən axı sən? Hansı statusun sahibisən? Dövlətmisən, Prezidentmisən, Xarici İşlər Nazirimisən? 

Sən ümumiyyətlə hansı adla, hansı qiyafə ilə, hansı libasla ortalığa çıxmısan?

Və ən əsası: Durduq yerdə niyə alovlanmısan, özünə əl qatmısan?

Deputatsan - get, seçicilərinin problemlərindən danış da...

Siyasətçisən - bir dəfə Rusiyanın milli, daxili məsələlərindən danış da...

Ədalətlisən - dünyanı ağuşuna alan müharibələrdən, tökülən qanlardan, verilən itkilərdən danış da...

Yoxsa;

Sənin balaca, qoz boyda ağlınamı qalıb, başından, boyundan yekə məsələlər, mövzular barədə danışmaq?” -  deyə Partiya sədri fikirlərinə davam edib.   

 

 

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ