RU
Kiprdə Qurban Qurbanova qarşı təxribat, baş məşqçi özündən çıxdı - Video
23:08
440

Kiprdə Qurban Qurbanova qarşı təxribat, baş məşqçi özündən çıxdı - Video

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə keçirilən AEL - "Qarabağ" matçının son dəqiqələrində gərgin anlar yaşanıb.

Bu, Ağdam klubunun cavab qolundan sonra baş verib.

Belə ki, Abdulla Zubirin qolundan sonra azarkeşlərdən biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. Kiprli azarkeşin bu davranışı Qurban Qurbanovu özündən çıxardıb. Matçın baş hakimi qarşılaşmanı baş verən gərginlik səbəbindən dayandırıb.

Qarşılaşmanın qalan dəqiqələrinin oynanılıb-oynanılmayacağı bilinmir.

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ