Müalicəyə pul verməmək üçün illərlə stomatoloqun yanına getməyən ABŞ sakini Karen Hirn sonda dişini evdə öz ərinə çıxartdırıb.
Bu barədə "LADBible" yazır.
"Ekstremal qənaət metodları" (Extreme Cheapskates) verilişinin qəhrəmanı olan Hirn uzun zaman mixək yağı, buz və reseptsiz satılan ağrı kəsicilərinin köməyi ilə diş ağrısını kəsib. Lakin bunlar kifayət etmədikdə, qadın nəhayət həkimə gedib.
Həkim bir dişin çıxarılmalı, digərlərinin müalicə olunmalı olduğunu bildirib. Müalicənin qiyməti 1800 dollar, bir dişin çıxarılması isə 185 dollar olduğu üçün Hirn problemi əri ilə ev şəraitində həll etmək qərarına gəlib.
Belə ki, çütlük evdə "stomatoloji kabinet" qurub: tozsoran və su çubuğundan stomatoloji alət hazırlayıb, keyidici gel və 10 dollara qədimi alət alıblar.
1920-1930-cu illərdə insanlar diş çıxartmaq üçün həkimə deyil, bərbərə müraciət etdikdə bu alətdən istifadə olunub.
Əri belə bir fikri çox da bəyənmədiyini etiraf edib, lakin qadın əks təqdidə dişini özü çıxaracağını deyərək onu hədələyib.
Kişi "YouTube" kanalında bir neçə videoya baxdıqdan sonra uğurla bu işin öhdəsindən gəlib.
"Ağrıyıb keçəçək. Amma qənaət etdiyimiz pullar bizə hələ çox lazım olacaq", - deyə Hirn razılığını bildirib.
7News.Az








