RU
Kişi doğuldu, qadın oldu, kişiyə çevrildi, yenə qadın oldu
11:30
7004

Kişi doğuldu, qadın oldu, kişiyə çevrildi, yenə qadın oldu

- Ağlamıram! Mən ağlamıram. Mən güclüyəm, hər şeyin öhdəsindən gələcəyəm...

Çelsi Ettonli gözlərinin yaşını sildi, çölə çıxdı, maşınına əyləşdi və plastik cərrahın yanına yollandı. O, yenə cinsi mənsubiyyətini dəyişməyə hazırlaşırdı.

Mettyu uşaqlıq illərindən bəri özünü narahat hiss edirdi. Daha doğrusu, o, oğlan olsa da, evdə daim qız paltarında dolaşır, üzünə anasının ənlik-kirşanını çəkirdi. Mettyu qız olmaq istəyirdi.
Sonra Mettyu böyüdü və plastik cərrahiyyə əməliyyatları sayəsində cinsi mənsubluğunu dəyişərək "qadın" oldu.

Qadına çevrilərək "Çelsi" olan Mettyu özünü ilk-əvvəl bəxtəvər hesab edirdi. Amma əməliyyatlardan iki il keçdi və Çelsi anladı ki, qadın yaşamı onu bezdirir.
Belədə o, yenə cərrahiyyə əməliyyatlarına yollandı və ilkin "cinsi mənsubiyyətinin bərpası"na nail oldu. Yəni kişi oldu.

Bir il də keçdi, Mettyunun batinində kişi və qadın eqoları arasında mübarizə başladı.
Mübarizədə "Çelsi" qalib gəldi.
Mettyu yenə cərrahiyyə əməliyyatlarından keçdi və Çelsi Ettonli oldu.
Həkimlərin dediklərinə görə, transgender Çelsi Ettonlinin cinsi mənsubiyyətini belə paradoksal şəkildə dəyişməsinin səbəbi həmin şəxsin anadangəlmə cinsi disforiya xəstəliyi ilə doğulması idə bağlıdır.
Cinsi disforiya həddən artıq nadir rastlanan ciddi, ağır fəsadlı psixi pozuntudur.
Çelsi Ettonlinin dediyinə görə, cinsi mənsubiyyətinin dəyişdirilməsi ilə bağlı əməliyyata ilk dəfə 18 yaşı olanda məruz qalıb.

"Həmin əməliyyatlara 5 min funt-sterlinq xərclədim və Çelsi oldum. Mettyu kimi yaşamaqdan bezmişdim. Sonra yenə fikrimi dəyişdim, kişiyə çevrildim. İndi qadınam. Bakirəliyimi 16 yaşım olanda itirmişəm. Onda oğlan idim. Qadına çevriləndən sonra həyatımda çoxlu kişilər olmuşdu. Lakin kişi olanda qadınları sevə bilmədim", - İngiltərənin Derbi şəhərində yaşayan, hazırda işsiz olan Çelsi Ettonli deyib.

Çelsi Ettonlinin sözlərinə görə, yenidən qadına çevriləndən sonra Taylanda yollanıb və oradakı bahalı bordellərdən birində kişilərə "xidmət" göstərməklə məşğul olub.
Yəni o, fahişəlik edib.
30 yaşlı Çelsi indi romantik hisslər, əsl sevgi arayır: "Ailə qurmaq, ev xanımı olmaq istəyirəm. Arzum ərimlə, ailəmlə normal həyat yaşamaqdır".

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ