RU
Kişi evdəki xidmətçiyə təcavüz etdi
20:55
6487

Kişi evdəki xidmətçiyə təcavüz etdi

Səudiyyə Ərəbistanında gizli kamera ilə ərinin tərbiyəsizliyini çəkən və sonra da bu videonu sosial şəbəkələrdə paylaşan qadını ağır cəza gözləyir.

Hadisə Dəmmam şəhərində baş verib.
Ərinin şorgözlüyündən, evdəki qulluqçu qadınlara sataşmasından və onları tovlamağa çalışmasından bezən qadın mətbəxə gizli kamera qoyub.
Kişi axşam saatlarında qulluqçu qadını qucaqlayıb öpməyə çalışanda baş verənləri kamera çəkib.
Qadın ərinin bu "macəra"sının əks olunduğu videonu YouTube-da paylaşıb.
Az sonra həmin video sosial şəbəkələrdə #SaudiWomanCatchesHusbandCheating heşteqi ilə yayılıb.
Videonu çəkən qadını isə ağır cəza gözləyir. O, ən yaxşı halda 500 min səudi rialı məbləğində cərimələnəcək, ən pis halda isə 1 il müddətinə həbs ediləcək./milli

7news,az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ