RU
Kişi iki qadını döydü
01:33
753

Kişi iki qadını döydü

Göygöl rayonunda döyülmə faktı qeydə alınıb.

7news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 32 yaşlı Nardanə Abbasova və bacısı Hafizə yaşadıqları Üçtəpə kəndində qonşusunun hucumuna məruz qalıblar. Hər iki qadın müxtəlif xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Zərərçəkənlərin sözlərinə görə, onlara qonşuluqda yaşayan Elçin İsgəndərov adlı şəxs xəsarət yetirib. Qonşular arasında baş verən mübahisəyə azyaşlı uşaqları səbəb olub.

Zərərçəkənlər ilkin tibbi müayinədən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ