Kişi kimi həbs olundu, qadın cildində qaçmağa çalışdı. Braziliyada bir narko-baronun yaşlı qadın cildində təcridxanadan qaçmaq cəhdinin qarşısı son anda alınıb. Azadlıqdan 36 il müddətinə məhrum edilən Klodoaldo Antonio Felipe yaxalanalaraq yenidən dəmir barmaqlıqlar arxasına salınıb.
Polislərin diqqətindən yayınmaq üçün özünə yaşlı qadın maskası, qadın geyimi və ayaqqabılar sifariş verən narko-baron nəzarətçilərin zənnini yanılda bilib. Maska o qədər peşəkar hazırlanıb ki, heç kim 44 yaşlı narko-baronun cildini dəyişdiyini hiss edə bilməyib. Faktın üstü isə təcridxananın qapısında təsadüfən aşkarlanıb.
Bəlkə də həmin vaxt təcridxanaya başqa bir yaşlı qadın gəlmiş olsaydı, qapıdakı polisləri də aldatmaq mümkün olardı. Nəzarətçi içəri heç bir qadının girmədiyi halda, bir yaşlı nənənin çölə çıxmağa çalışmasından şübhələnib. Maskadakı qadının üzünün qocaldığı aydın görünsə də, qəddinin kifayət qədər şux olması narko-baronu ələ verən ikinci səbəb olub./atv
7news.az








