Türkiyənin Adana şəhərində kişi ondan pul istəyən həyat yoldaşının əllərini dişləyib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı Fatma adlı qadın həyat yoldaşı 28 yaşlı Çağdaş tərəfindən şiddətə məruz qalıb. Qadın bildirib ki, ərzaq almaq üçün həyat yoldaşından pul istəyib. Lakin əri pul vermədiyi üçün mübahisə başlayıb.
Qadın ərinə pul vermədiyi üçün boşanacağını bildirib. Əsəbiləşən ər bıçaqla onun qollarını cızıb. Daha sonra isə əllərini dişləyib. Fatmanın qışqırıqlarını eşidən qonşular gələrək polisə xəbər verib.
Polis qadını xəstəxanaya aparıb, həyat yoldaşını isə yaxalayıb.

7News.Az