RU
Kişilər mağazadan kosmetika oğurladılar - FOTOLAR
19:02
445

Kişilər mağazadan kosmetika oğurladılar - FOTOLAR

Siyəzən rayonunda oğurluq hadisəsi baş verib. 

Hadisə şəhərin H.Əliyev küçəsində yerləşən parfümeriya mağazasında qeydə alınıb.
Belə ki, oğrular İlkin Novruzova məxsus parfümeriya mağazasına daxil olaraq oradan 8 000 manatlıq kosmetika məhsulları və 270 manat pul oğurlayaraq qaçıblar. Zərərçəkən dərhal Siyəzən Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib. 
İ.Novruzovun müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başalayan Siyəzən RPŞ-nin əməkdaşları oğurluqda şübhəli bilinən rayon sakinləri - 23 yaşlı Aqşin Salayev və 22 yaşlı Ravin Səmədov tutulublar. 


Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalara başlanılıb.//Report

7News.az



 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ