RU
Kişilər üçün istirahət ticarət mərkəzi - Qadınlara giriş qadağandır!
15:55
379

Kişilər üçün istirahət ticarət mərkəzi - Qadınlara giriş qadağandır!

Kişilər həyat yoldaşı ilə alış-verişə deyinərək deyil, zövqlə gedəcəklər. 

7News.az xəbər verir ki, Çinin Şanxay şəhərində yeni açılan ticarət mərkəzində kişilər üçün xüsusi otaqlar istifadəyə verilib. Xanımları alış-veriş edənə qədər kişilər həmin otaqlarda istədikləri qədər dincələ biləcəklər.

Otaqlar ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşir. Hər bir otağın içərisində kişilər üçün rahat divanlar, televizorlar qoyulub. Bu da son deyil. Kişilərin ixtiyarına massaj kresloları da verilib. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ