RU
KİV: ABŞ Əliyev-Sarkisyan görüşünü təşkil edir
13:27
946

KİV: ABŞ Əliyev-Sarkisyan görüşünü təşkil edir

Azərbaycan heyəti sammitdə iştirak edəcək.

Vaşinqtonda 31 mart - 1 aprel tarixlərində nüvə təhlükəsizliyi üzrə keçiriləcək sammitdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan iştirak edəcəklər.

7news.Az “Aykakan Jamanak” (“Erməni vaxtı”) qəzetinə istinadən xəbər verir ki, diplomatik dairələrdə, ATƏT-in Minsk qrupunun üzv ölkələri, əsasən də ABŞ sammit çərçivəsində İlham Əliyevlə Sarkisyan arasında görüşü təşkil etmək üçün səylərini əsirgəmirlər. 

“Azərbaycan tərəfi artıq rəsmi olaraq bəyan edib ki, İlham Əliyev sammitdə iştirak edəcək. Bununla yanaşı, ABŞ-da Türkiyə prezidenti Ərdoğan da olacaq”, - dərcdə yazılır.

“Sarkisyan və Əliyevin son görüşü Berndə 2015-ci ilin dekabrında çox böyük çətinliklə təşkil edilmişdi. Hazırda Qarabağ münaqişəsi üzrə danışıqlar çıxılmaz dalandadır”, - dərcin müəllifləri bildiriblər.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ