RU
KİV: ABŞ-nin ən məxfi casus təyyarəsi Yunanıstana təcili eniş etdi
14:20
24

KİV: ABŞ-nin ən məxfi casus təyyarəsi Yunanıstana təcili eniş etdi

ABŞ-nin ən məxfi casus təyyarəsi Yunanıstanda təcili eniş etməyə məcbur olub.

Bu barədə "Military Watch Magazine" hərbi-analitik nəşri məlumat yayıb.

Xəbərə əsasən, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) ən yüksək məxfilik dərəcəsinə malik kəşfiyyat təyyarəsi İrana qarşı aparılan xüsusi əməliyyatda iştirak edərkən naməlum texniki səbəblərdən marşrutunu dəyişib. NATO-nun Cənub qanadında mühüm strateji nöqtə sayılan Yunanıstan bu qəfil qonağı qəbul etməli olub.

Hərbi ekspertlərin ehtimallarına görə, bu sirli aparat qeyri-rəsmi olaraq "RQ-180" kimi tanınan uzaqmənzilli pilotsuz uçuş aparatıdır. "Northrop Grumman" şirkəti tərəfindən məxfi "Area 51" (51-ci Zona) bazasında yaradıldığı iddia edilən və təxminən 20-22 min metr yüksəklikdə uça bilən bu "bəyaz yarasa" İrana qarşı əməliyyat zamanı Yunanıstanın Larisa Milli Hava Limanına qəza enişi edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ