RU
KİV: ABŞ Silahlı Qüvvələri maliyyə çatışmazlığı ilə üzləşib
14:30
34

KİV: ABŞ Silahlı Qüvvələri maliyyə çatışmazlığı ilə üzləşib

Hazırkı müdafiə büdcəsində nəzərdə tutulmayan hərbi əməliyyat xərcləri və yanacağın qiymətinin artması səbəbindən ABŞ Silahlı Qüvvələri kəskin maliyyə çatışmazlığı ilə üz-üzə qalıb.

Bu barədə "Fox News" telekanalı Pentaqonun nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İrana qarşı yönəlmiş hərbi kampaniyalar, Cənubi Amerikadakı, həmçinin ABŞ-nin cənub sərhəd bölgələrindəki əməliyyatlar, Milli Qvardiyanın cəlb edilməsi və yanacağın kəskin bahalaşması Pentaqonun resurslarına əlavə yük yaradıb. Bu vəziyyət ordu rəhbərliyini cari xərclərlə bağlı çətin qərarlar qəbul etməyə məcbur edib.

Ordunun nümayəndəsi polkovnik Marti Meyners telekanala açıqlamasında bildirib ki, ordu komandanlıqlara ən vacib ehtiyacları optimallaşdıran və prioritetləşdirən resursların bölüşdürülməsi ilə bağlı çətin, lakin əsaslandırılmış qərarlar qəbul etməyi tapşırıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi admiral Deril Kodl may ayında Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki dinləmələrdə çıxışı zamanı qeyd edib ki, donanmaya əlavə vəsait ayrılmasa, ehtimal ki, artıq iyul ayında cari əməliyyatlara çəkilən xərclərin ixtisarı barədə qərarlar vermək lazım gələcək.

Bununla yanaşı, rəsmi şəxslər "Fox News"a bildiriblər ki, yanacağın bahalaşması hərbçilərin hazırlıq prosesinə, eləcə də şəxsi heyətin, yüklərin və avadanlıqların daşınma xərclərinə ciddi şəkildə mənfi təsir göstərir.

Rəsmi rəqəmlərə əsasən, Pentaqon hər il təqribən 80 milyon barel yanacaq tədarük edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ