İranın dini-ideoloji mərkəzində 15 ildir pişnamazlıq edən, MOSSAD-ın zabiti olmaqda şübhəli bilinən "Sameun Diraf” adlı şəxs tutulub.
Məlumatı "ir.tgstat.com” saytı yayıb.
Bildirilib ki, uzun illərdir Qum və paytaxt Tehranda insanlar onun arxasında namaz qılırlar. Məlumata görə, bu şəxs Qumda fətva minbərində otururmuş. Dini hakimiyyətin nümayəndəsi olmaqla fətvalar verir, əqidələr haqqında mübahisələr aparır, kollektiv şüurda nüfuzlu imam kimi İran şəhərləri arasında səfərlər edərmiş
Vurğulanıb ki, onun minlərlə insanın izlədiyi yutub kanalı da var imiş. Onu çalma ilə qarşılayar və dualarla yola salarmışlar.
Məlumata görə, İsrail üçün 15 illik fəaliyyətdən sonra onun casus olduğunu aşkarlayıblar.








