RU
KİV: İsrailin Livana zərbələri ABŞ və İran arasındakı atəşkəsi poza bilər
15:20
20

KİV: İsrailin Livana zərbələri ABŞ və İran arasındakı atəşkəsi poza bilər

İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər.

Bu barədə "Politico" Avropa İttifaqı (Aİ) rəsmisinin sözlərinə istinadən məlumat yayıb. Livana hücumları şərh edən digər bir Aİ rəsmisi bu vəziyyətin gözlənilən olduğunu bildirib. Onlar bildiriblər ki, Brüssel beynəlxalq tərəfdaşlarla birlikdə Livan məsələsində daha fəal mövqe sərgiləməli və danışıqların bərpasına nail olmalıdır.

"Görünür, Livana kifayət qədər diqqət yetirilmir, bu məsələdə müəyyən bir laqeydlik var", - deyə "Politico" rəsmilərin sözlərindən sitat gətirib.

Xatırladaq ki, aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Onun sözlərinə görə, tərəflər mübahisəli məsələlərin böyük əksəriyyətini həll ediblər və Vaşinqton Tehranın 10 bəndlik təklifini gələcək danışıqlar üçün "işçi əsas" kimi qəbul edir. Tərəflər arasında vasitəçi qismində çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif onları aprelin 10-da danışıqlara dəvət edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ