RU
KİV: Jirinovskinin ağciyərlərinin 75%-i zədələnib - YENİLƏNİB
18:35
181

KİV: Jirinovskinin ağciyərlərinin 75%-i zədələnib - YENİLƏNİB

Vladimir Jirinovski COVID-19-a yoluxub, ağciyərlərində ikitərəfli pnevmoniya aşkarlanıb və xəstəxanaya yerləşdirilib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə RBK "Mash” Telegram kanalına istinadən məlumat yayıb.
Kanalın xəbərinə görə, siyasətçinin ağciyərlərinin 50-75%-i zədələnib.



14:53

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, koronavirusa yoluxan 76 yaşlı siyasətçi Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.

Jirinovskinin sağlamlıq durumu barədə hələlik açıqlama verilməyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ