RU
KİV: Ölkədən pul çıxarılması qaydaları dəyişdi
22:55
554

KİV: Ölkədən pul çıxarılması qaydaları dəyişdi

Mərkəzi Bank "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na dəyişiklik edib.

7news.Az-ın xəbərinə görə, bu barədə "İnterfaks-Azərbaycan”a bank sektorundakı mənbə məlumat verib.

"Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ