RU
KİV Obamanı Karib adalarında tapdı
16:00
387

KİV Obamanı Karib adalarında tapdı

ABŞ-ın sabiq prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel "Virgin Group”un sahibi milyardçı Riçard Brensonla birgə Britaniyanın Virciniya adalarında istirahət edirlər. 

Bu barədə Ağ Evin sabiq sahibinin Karib adalarında şəkillərini dərc edərək TMZ portalı məlumat yayıb. 

Məlumata görə, Obama cütlüyü, britaniyalı milyarderə məxsus Nekker adasına  bir həftə öncə gəliblər. TMZ-nin dərc etdiyi şəkillərdə Ağ evin sabiq rəhbəri papaq və tünd eynəkdədir. Nəşr qeyd edir ki, onun yeni prezident Donlad Trampın miqrasiya siyasətinə dair fərmanı ucbatından etiraz aksiyalarına qərq olan ABŞ-a qayıtmaq istəyi müşahidə olunmur. 

Yanvarın 31-də məlum olub ki, Obama öz xələfinə qarşı etiraz aksiyalarını dəstəkləyib. Sabiq prezident vurğulayıb ki, bu aksiyalarda iştirak edənlər konstitusiya tərəfindən verilən hüquqlarından istifadə edirlər. Sabiq prezident bildirib ki, Trampın miqrasiya siyasətinə dair qərarı, əsasən də qaçqınların qəbul edilməsinin dayandırılması amerikan dəyərlərinə təhdiddir. 

ABŞ prezidenti Donald Tramp yanvarın 27-də Suriya qaçqınlarının qəbul edilməsini və 120 gün müddətində digər ölkələrdən mühacirlərin qəbul edilməsinin dayandırılmasına dair fərman imzalayıb. Fərmana görə, ABŞ-da yaşama hüququ və ya diplomatik vizası olmayan İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları Amerikaya uçuşlardan imtina etməlidirlər. /oxu.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ