Orüşvət və çirkli pulların yuyulmasında şübhəli bilinir.
Londonda Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) hazırki prezidenti Dizani Elison-Madueke həbs edilib.
7news.az-ın məlumatına görə, bu barədə International Business Times Nigeriyanın Premium Times qəzetinə istinadən xəbər verib.
Məlumata əsasən, OPEK prezidentindən əlavə 4 nəfər də həbs edilib. Nəşrin Milli Cinayət agentliyinə istinadən verdiyi məlumata əsasən, saxlanılanların hamısı rüşvət və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.
Britaniya hüquq-mühafizə orqanları faktı təsdiqləməyib.
Qeyd edək ki, Elison-Madueke əvvəllər Nigeriyanın neft naziri vəzifəsində çalışıb.
7news.az








