RU
KİV: Prosineçki Azərbaycan millisini tərk edir
21:43
596

KİV: Prosineçki Azərbaycan millisini tərk edir

Azərbaycan milli yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyənin "Bursaspor” klubunu çalışdıracaq.

7news.Az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, bu barədə "Hürriyet” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, klub rəhbərliyi ilə məşqçi arasında görüş bu gün Bakıda baş tutub.

Tərəflər 1+1,5 il sxemi üzrə müqavilə barədə razılaşıblar. Gözlənilir ki, yaxın günlərdə Prosineçki Bursaya yollanacaq və müqavilə imzalayacaq.

Xatırladaq ki, xorvatiyalı futbol mütəxəssisinin Azərbaycan millisi ilə müqaviləsi 2018-ci ildə başa çatır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ