RU
KİV: Rusiya Ermənistana satdığı qazın qiymətini artırır
13:37
275

KİV: Rusiya Ermənistana satdığı qazın qiymətini artırır

Rusiya Ermənistanla bağlanmış hazırkı müqavilənin müddəti başa çatdıqdan sonra, daha dəqiq desək, ilin sonunda bu ölkəyə satılan qazın qiymətinin artırılması ilə bağlı siyasi qərar qəbul edib.

7news.Az xəbər verir ki, bununla bağlı "Qraparak” qəzeti məlumat yayıb. 

Bununla yanaşı, ehtimal olunur ki, Ermənistanın Moskvanın bu addımını qeyri-dost hərəkəti kimi qəbul etməməsi üçün Rusiya Belarusa satılan qazın da qiymətini qaldıracaq.

"Daha sonra Minsk üçün qiymətlər əvvəlki səviyyəyə qədər endiriləcək, Yerevan üçün isə bu, mümkün olmayacaq”, - nəşr bildirib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ