Rusiyanın Krım yarımadasındakı radar kompleksləri (RLS) zədələnib.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, həmin RLS-lər vasitəsilə Ukraynanın cənub sahillərinə və Qara dənizin böyük bir hissəsinə nəzarət etmək olurdu.
Qeyd olunub ki, Krımın qərb sahilində Tarxankut yarımadasında yerləşən Rusiya radar kompleksinin peyk fotoları ortaya çıxıb. Fotoda kompleksin günbəzində dəlik olduğu görünür.








