RU
KİV: Səmərqənndə İslam Kərimovun dəfninə hazırlıq gedir
10:46
505

KİV: Səmərqənndə İslam Kərimovun dəfninə hazırlıq gedir

7news.Az"Fərqanə" agentliyinə istinadən xəbər verir ki, İslam Kərimovun vətəni Səmərqənd şəhərində onun dəfninə hazırlıq işləri aparılır.

Agentliyinin müxbirlərinin sentyabrın 1-də çəkdiyi şəkillər onu deməyə əsas verir ki, Özbəkistan lideri Səmərqənd məzarlığında, İslam Kərimovun iki qardaşı və anasının məzarlarının yanında dəfn ediləcək.

Bu məzarlığı məşhur "Şahi Zində" tarixi memarlıq abidəsi yaxınlığında yerləşir.

Özbəkistan prezidentinin ölümü rəsmən təsdiq edilməyib.

KİV-lərin məlumatına görə, bu gün ölüm xəbər elan ediləcək, sentyabrın 3-də isə İslam Kərimov dəfn olunacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ