RU
KİV: Suriya müxaliflərinə yeni raketlər verildi
21:29
382

KİV: Suriya müxaliflərinə yeni raketlər verildi

Hələbdə yerləşən Azad Suriya Ordusunun nümayəndələri Amerika istehsalı olan tank əleyhinə raketlər alıb.

Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Yeni silahlar təşkilata Bəşər Əsədin hakimiyyətdən getməsini dəstəkləyən ölkələr tərəfindən verilib. Hələlik müxaliflərə təqdim olunan silahların miqdarı haqqında heç bir məlumat verilmir.   Qeyd edək ki, bundan öncə dünya mətbuatında Səudiyyə Ərəbistanının Suriyadakı üç fərqli qrupa yardımını artıracağı haqqında informasiya yayılmışdı./axar.az

7news.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ