RU
“Kiyev ölkənin yarısını Moskvaya verməyə hazır idi” – ŞOK İDDİA
17:16
553

“Kiyev ölkənin yarısını Moskvaya verməyə hazır idi” – ŞOK İDDİA

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının komandanlığı 2015-ci ilin qışında Donbas separatçıları, yaxud da Rusiyanın hərbi qulluqçuları tərəfindən bütün sol sahil Ukraynanın (Dnepr çayının sol sahili –red.) tutulmasına hazır idi”.

7News.az xəbər verir ki, bunu Ali Radanın deputatı, Ukrayna Milli Qvardiyasının "Azov” alayının komandiri Andrey Bileskiy "RBK Ukrayna” portalına müsahibəsində deyib.

"İnanın, mən Baş qərargahın əhval-ruhiyyəsini bilirəm. Onlar hesab edirdilər ki, müharibə davam edərsə, Poltava ilə Xarkovu itirəcəyik. Onlar bu haqda tamamilə sakit idilər”, - deyə Bileskiy bildirib.

Onun sözlərinə görə, hətta indi Xarkovun Ukrayna meylli əhalisinin sayı 30-40 faizdən çox deyil: "Bu, Luqansk və Donetsk vilayətlərinin Kiyevin nəzarəti altında qalan ərazilərdəki vəziyyətdən daha pisdir. Mariupolda Ukrayna meylli insanlar 30 faizdən çox deyil.

Bileskiy daha əvvəl bildirib ki, məhz Kiyevdəki məmurların qorxaqlığına görə Krım üzərində nəzarət itirilib.

Hələ ötən ilin yayında Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko iddia edirdi ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynanın Dnepr çayının sol sahili boyu ərazilərinin işğalı planını hazırlayıb. Onun sözlərinə görə, sol sahil boyu Ukraynanın işğalı planı həmin ilin aprel ayında qəbul edilib.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ