RU
Kiyev meri:
20:00
639

Kiyev meri: "Zərər görmüş binaların təmiri 70 milyon avroya başa gələcək"

Kiyevdə binalara dəyən ziyanın aradan qaldırılması 70 milyon avroya başa gələcək.

7NEWS.Az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Klitçko "Telegram"da bildirib.
O deyib ki, Rusiyanın hərbi təcavüzü nəticəsində Ukrayna paytaxtında ümumilikdə 390 binaya ziyan dəyib: "Onlardan 222-si çoxmənzilli yaşayış binalardır. Biz artıq 20 evi müəyyənləşdirmişik, orada ilkin olaraq bərpa işlərinə başlanmalıdır ki, insanlar tezliklə evlərinə qayıtsınlar. Şəhərin atəşə tutulması və bombalanması nəticəsində 30-u məktəbəqədər təhsil müəssisəsi olmaqla 75 təhsil müəssisəsinə ziyan dəyib. 17 səhiyyə müəssisəsi, 11 mədəniyyət obyekti zərər görüb”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ