RU
Kiyev mühasirəyə alınır - VİDEO
14:31
368

Kiyev mühasirəyə alınır - VİDEO

Avtomobil haqqında Gömrük Kodeksinə dəyişikliklər üzrə qanunu dəstəkləyən fəallar Ukraynanın paytaxtı Kiyevə girişləri bağlayır.

Aksiya bir neçə gün davam edəcək.

Gömrük Kodeksinə dəyişikliklər xarici qeydiyyatda olan avtomobillərin hərəkət şərtlərinin yumşaldılmasını nəzərdə tutur. Aksiya iştirakçıları bildirirlər ki, bugünkü etiraz aksiyası kodeksə dəyişikliklərin qəbulunun ləngiməsi üçün yalnız xəbərdarlıqdır.

İnsanlar yollarda təkərləri yandırırlar. Aksiyanın keçirildiyi yerlərdə polis və yanğınlarsöndürənlər növbədə dayanıblar.

Bir gün əvvəl Ukraynanın milli polisi xəbərdarlıq edib ki, yanvarın 24-də planlaşdırılmış aksiyalara görə Kiyevə girişlərdə məhdudiyyətlər yarana bilər.


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ