Ukraynanın baş prokuroru Yuri Lutsenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıdan kimi Gürcüstana ekstradisiya ediləcəyini istisna etmir.
7news.Az-ın Ukrayna nəşri "Apostrof”a istinadən məlumatına əsasən, bu barədə Lutsenko avqustun 1-də bloqerlərlə görüşü zamanı deyib.
Baş prokuror, eyni zamanda, aydınlıq gətirib ki, "avtomatik” ekstradisiyanı nəzərdə tutmur. Belə ki, Kiyev öncə Tbilisidən müvafiq sorğu almalıdır.
7news.Az








