RU
Kiyevdə avtomobil belə partladıldı - Video
11:40
521

Kiyevdə avtomobil belə partladıldı - Video

Ukraynanın paytaxtı Kiyevin "Bessarabskaya meydanı”nda bomba ilə yüklənmiş avtomobil partladılıb.

Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Partladılan avtomobilin üzərində Gürcüstan dövlət nömrə nişanı olub.

Artıq ölən şəxsin kimliyi məlum olub. O, şeyx Mənsur adına çeçen batalyonunun döyüşçüsü Timur Maxauri olub. Onun Şamil Basayevin qətlində əli olduğu güman edilir.

Hadisənin terror aktı olub-olmadığı araşdırılır./qafqazinfo

 

7news.Az

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ