RU
Kiyevdə
12:24
673

Kiyevdə "cəsur"luq edən azərbaycanlı gənclər: "Ə, çəkmə demirəm sənə?!" - VİDEO

"Ə, sənə demirəm çəkmə?! Ə, başın bədəninə ağırlıq edir?!" Azərbaycan dilində bu sözləri deyəndən sonra rus dilində söyüşə keçən azərbaycanlı gənc onu videokamera ilə çəkən ukraynalı bloqeri hədələməyə başlayır. Yol polisi isə olayı sakitcə müşahidə edir.

7News.az bildirir ki, məşhur ukraynalı bloqer Aleksandr Kunitski aprelin 4-də Kiyevdə, gecə saatalarında çəkdiyi videonu YouTube-da paylaşıb.

A.Kunitskinin YouTube-dəki "ZPSanek" kanalında paylaşılmış bu video böyük qalmaqal yaradıb. Kiyev polisi olayla bağlı araşdırmaya başlayıb.

Səbəb isə RA 999 İL dövlət nömrə nişanlı, BMW markalı qara rəngli avtomobilin sürücüsü və bu avtomobildə olan sərnişinlərin davranışıdır.

Hamısı gənclər olan bu şəxslər yol-hərəkət qaydalarını pozduqlarına görə saxlandıqdan sonra A.Kunitski tərəfindən videokamera ilə çəkildiklərini görəndə aqressivləşirlər.

Daha sox "hirslənən" isə avtomobilin sürücüsü Rail Fərəcov olub.

O, A.Kunitskiyə dəfələrlə "məni çəkmə" deyir, sonra isə hədələrə və söyüşlərə keçir.

 

A.Kunitskiyə çəkilişi dayandırması tələbi ilə "müraciət" edənlərdən biri də R.Fərəcovun tanışı Andrey Andreyev olub.

P.Fərəcov daha sonra özünü qaydasız döyüşlə (MMA) məşğul olan məşhur idmançı kimi təqdim edib.

R.Fərəcov və digər azərbaycanlı gənclərin davranışı Ukraynada sosial şəbəkələrdə geniş müzakirə olunur.//milli

7News.az

Боец ММА быкует на камеру!

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ