7NEWS.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə Şevçenkivski Məhkəməsində baş verən partlayışda bir nəfərin öldüyü açıqlanıb. Ukraynanın daxili işlər naziri İqor Klimenko açıqlamasında "Cinayətkar hadisə yerində ölüb. İlkin məlumata görə, o, özünü partladıb" deyib. Klymenko, həmçinin məhkəmə binasında keçirilən əməliyyat zamanı Çevik Əməliyyat Dəstəsinin (KORD) 2 əməkdaşının yaralandığını açıqlayıb. Ukrayna mətbuatında çıxan xəbərlərdə partlayışın 2015-ci il avqustun 31-də Ali Rada yaxınlığında terror aktını təşkil etməkdə ittiham olunan İqor Humenyuk məhkəmə zalını tərk edərkən baş verdiyi bildirilib.
Bildirilib ki, yerli vaxtla saat 17.20-də Kiyevin Şevçenkivski Rayon Məhkəməsinin binasında partlayış baş verib, naməlum partlayıcı maddə məhkəmənin binasındakı tualetdə iclasa aparılan müttəhim tərəfindən işə salınıb.
7NEWS.az








