RU
Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib-FOTO
13:21
88

Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib-FOTO

Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.

Şəhər Hərbi Komendantlığından "Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv edilib.

Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artilerioya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.

Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur.
 





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ