RU
Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib - FOTO
20:20
401

Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib - FOTO

"Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.



Azərbaycanın Ukraynadakı səfirliyindənAPA-ya verilən xəbərə görə, bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır.

Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə - Lev Tolstoy, Bolşaya Vasilkovskaya, Qliboçitska, Seçevıx Streltsov küçələrində, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.

Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən "Ana fəryadı” heykəli əksini tapıb və "Xocalıya ədalət!” şüarı yazılıb.

Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər mövcud olacaq.

 

 
1/5
 
 
 
 
 
 
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ