RU
Kiyevdəki hücumda ölənlərin sayı 5-ə çatıb
18:43
423

Kiyevdəki hücumda ölənlərin sayı 5-ə çatıb


Ukraynanın paytaxtı Kiyevdə baş verən bombardman nəticəsində ölənlərin sayı 5-ə çatıb. Hücum zamanı 25 mərtəbəli yaşayış evlərinə ziyan dəyib.

7NEWS.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada bu gün yerli vaxtla saat 10:55 radələrində daha 2 nəfərin cansız cəsədinin dağıntılar altından tapıldığı bildirilib. Hücum nəticəsində ölənlərin sayı 5-ə yüksəlib. Xidmət binadan 11 yaralının və 24 nəfərin xilas edildiyini bildirib. Hücumla bağlı verilən açıqlamada 25 mərtəbəli yaşayış binasının 16-19-cu mərtəbələri arasında olan mənzillərə ziyan dəydiyi, bəzi mənzillərin dağıldığı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ