RU
Kiyevlə Fransanın müdafiə sənayesi arasında müqavilə bağlanıb
13:24
59

Kiyevlə Fransanın müdafiə sənayesi arasında müqavilə bağlanıb


Ukrayna ilə Fransanın silah istehsalçıları arasında hərtərəfli əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilələrə Ukraynada bir çox silah sistemlərinin saxlanması və bəzi ehtiyat hissələrinin istehsalı da daxildir.

7NEWS.az xəbər verir ki, Fransa Müdafiə Sənayesi ilə Ukrayna arasında artilleriya sistemləri, pilotsuz uçuş aparatları (PUA), ehtiyat hissələri və amfibiya vasitələrini əhatə edən çoxsaylı müqavilələr imzalanıb. Müxtəlif mənbələrdən verilən açıqlamalarda sözügedən razılaşmaların Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumunun nəticəsi olduğu açıqlanıb. Bu çərçivədə KNDS-ə bağlı Alman-Fransız ortaq şirkəti Nexterin Ukraynaya əlavə altı Sezar tipli artilleriya sistemi göndərəcəyi bildirilib. Yük maşınlarına quraşdırılan bu sistemlər 40 kilometrə qədər məsafədəki hədəfləri vura bilir. Fransa da Ukraynaya 30 Sezar sistemi göndərmişdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ