"Roma"nın hücumçusu Françesko Totti karyerasını İngiltərədə davam etdirə bilər.
"Lester"in baş məşqçisi Klaudio Ranyeri 39 yaşlı oyunçunu komandasında görmək istəyir. "Football Italia"nın verdiyi xəbərə görə, Premyer Liqanın lideri Tottiyə 1 illik müqavilə təklif edib.
Tottinin "Roma" ilə müqaviləsi bu ilin yayında başa çatacaq. Buna görə də futbolçu artıq indidən başqa klubla danışıqlar aparmaq hüququna malikdi.
Onunla həmçinin ABŞ-ın "Nyu-York Kosmos" klubunun da maraqlandığı bildirilir.
7News.Az








