RU
Klinton casus olub?
21:48
609

Klinton casus olub?

ABŞ-ın keçmiş dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klinton haqqında maraqlı bir məlumat ortaya çıxıb.

Klinton tələbə olarkən qaradərili uşaqların hüquqlarını müdafiə etmək üçün kimliyini gizlədib və irqçiliyin geniş yayıldığı məktəblər haqqında kəşfiyyat məlumatları toplayıb.

Nəşrin yazdığına görə, Hillari Klinton bunu 24 yaşında ikən edib. Klinton “Yaşayan tarix” kitabında o günləri belə xatırladır: “Rolumu oynadım, şagirdlər və tədris haqqında suallar verdim. Anladım ki, məktəblərdə heç bir qaradərili şagird qeydiyyata alınmır”.

Klintonun kəşfiyyat topladığı deyilən “Houston Academy” adlı məktəbdə isə o illərdə heç bir qaradərili şagird təhsil almayıb./publika

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ