RU
Klintondan Trampa
13:16
1585

Klintondan Trampa

“Hesabını ləğv et”.

Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton Tvitterdə Respublika partiyasının namizədi Donald Trampın tənqidinə kəskin cavab verib. 

7News.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

“Obama Qanuna məhəl qoymayan Hillarini dəstəklədi. O, daha dörd Obama ili istəyir, amma bunu ondan başqa heç kim istəmir!”, – ABŞ-ın hazırkı prezidenti Barak Obamanın sabiq dövlət katibini cari seçkilərdə dəstəkləməsinə Tramp belə şərh edib.

O, bu yolla Klintonun dövlət yazışmalarında səhvlərə yol verdiyinə eyham vurub. 

Cavab olaraq Klinton Trampa yazıb:

“Hesabını ləğv et”.

Daha öncə Hillari Klintonun ABŞ-ın Demokrat partiyasından yeganə namizəd olmaq üçün seçicilərin yetərli səs sayına malik olduğu barədə məlumat yayılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ