"Liverpul” klubunun baş məşqçisi Yürgen Kloppun 81 yaşlı anası vəfat edib.
Bu barədə Almaniyanın "Schwarzwaelder” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Böyük Britaniyadakı COVID-19 məhdudiyyətləri səbəbindən almaniyalı futbol mütəxəssisi anasının dəfnində iştirak edə bilməyib.
"O, mənim üçün hər şey idi. Sözün həqiqi mənasında əsl ana idi. İnanclı bir xristian olaraq onun hazırda daha yaxşı yerdə olduğuna əminəm”, - deyə Y.Klopp bildirib.
7NEWS.Az







