RU
Klublarımız üçün Avropa Liqası həyəcanı
12:13
2316

Klublarımız üçün Avropa Liqası həyəcanı

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları baş tutacaq.

7News.Az xəbər verir ki, bu mərhələdə mübarizə aparan 3 klubumuzdan 2-si səfərdə, 1-i evdə oynayacaq.

Qəbələ” Gürcüstanda “Samtredia”nın qonağı olacaq. İlk oyunda 5:1 hesablı qələbə əyalət təmsilçimiz üçün bu qarşılaşmanı formal xarakterli adlandırmaq olar. Bu oyun Zestafoni şəhərindəki David Abaşidze adına stadionda oynanılacaq.

“Kəpəz” isə daha çətin səfərə yollanıb. Şahin Diniyevin komandası doğma meydanda qolsuz bərabərliyə imza atdığı Moldova “Daçiya”sının qonağı olacaq.

Malta səfərindən “Baltsan” üzərində 2:0 hesablı qalibiyyətlə qayıdan “Neftçi”nin də işini asan adlandırmaq olar. Doğma azarkeşlər önündə ada təmsilçilərini qonaq edəcək “ağ-qaralar”ın “Bakcell Arena”nı da qalibiyyətlə tərk edəcəyi gözləniləndir.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

20:00. “Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta)

Baş hakim: Yaroslav Kozik
Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Viktor Matyaş
Dördüncü hakim: Nikolay Balakin (hamısı Ukrayna)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Olzas Abrayev (Qazaxıstan)
Bakı. 8-ci km qəsəbə stadionu stadionu

İlk oyun – 2:0

19:00. “Samtredia” (Gürcüstan) – “Qəbələ

Baş hakim: Georgios Kizas
Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)
Zestafoni. David Abaşidze stadionu

İlk oyun – 1:5

19:00. “Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan)

Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Speya (Moldova). “Speya” stadionu

İlk oyun – 0:0

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ