RU
Klublarımızın Avroliqada növbəti sınağı
11:52
1044

Klublarımızın Avroliqada növbəti sınağı

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. 

7News.Az-ın məlumatına görə, təmsilçilərimizdən "Neftçi" evdə, “Qəbələ” və “Kəpəz” isə səfərdə meydana çıxacaqlar. 

İlk olaraq meydana "Neftçi" çıxacaq. Makedoniya təmsilçisi "Şkendiya" ilə baş tutacaq matç saat 20:00-da başlayacaq.

"Kəpəz" isə Avstriyada "Admira" klubununa qonağı olacaq. Oyunun start fiti 21:00-da çalınacaq. 

“Qəbələ” isə Macarıstan “MTK”-sının qonağı olacaq. Oyun 22:30-da başlayacaq. 

Avropa Liqası, II təsnifat mərhələsi 

20:00. "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya) 
Baş hakim: Sergey Sinkeviç

Köməkçi hakimlər: Yevgeni Romanov və Vitali Malyutin 
Dördüncü referi: Viktor Şimusik (Belarus)
Bakı. 8-ci km qəsəbə stadionu.


21:00. "Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan)

Baş hakim: Pavle Radovanoviç
Köməkçi hakimlər: Dimitriye Mrqudoviç və Aleksandr Dyuikanoviç
Dördüncü hakim: Miloş Savoviç (Monteneqro)
Sent Polten. "NV Arena".


22:30. MTK (Budapeşt, Macarıstan) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Boyan Pandjiç 
Köməkçi hakimlər: Stefan Hallberq və Maqnus Syoblom 
Dördüncü referi: Mohammed Al-Hakimi (İsveç)
Dyör şəhəri. "Dyirmoti" stadionu. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ