RU
Klublarımızın Avroliqadakı rəqibləri məlum oldu
12:51
1745

Klublarımızın Avroliqadakı rəqibləri məlum oldu

Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan “Kəpəz”, “Qəbələ” və "Neftçi"nin rəqibləri müəyyənləşib.

7News.Az xəbər verir ki, ötən gün keçirilən oyunda Moldovanın “Daçiya” klubunu mübarizədən kənarlaşdıran Gəncənin “Kəpəz” klubu növbəti mərhələdə Avstriya "Admira"sı ilə qarşılaşacaq. 

Gürcüstanın “Samtredia” klubunu mübarizədən kənarlaşdıran “Qəbələ”nin rəqibi isə Macarıstanın “MTK” klubu olacaq. 

Maltanın "Baltsan" klubunu mübarizədən kənarlaşdıran paytaxt təmsilçimiz “Neftçi” isə növbəti mərhələdə Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gələcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ